Neftçi-nin sabiq qapıçısı Sabah-a keçdi


İdman 21 İyl 2018 10:48:00 292 0

Neftçi-nin sabiq qapıçısı Sabah-a keçdi

Yeni mövsümdən Topaz Premyer Liqasında mübarizə aparacaq Sabah daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib. Goal.az xəbər verir ki, serbiyalı qapıçı Saşa Stamenkoviçlə 1 illik müqavilə bağlanıb. 33 yaşlı qolkiper komandada 30 nömrəli futbolkada çıxış edəcək.

Saşa karyerası ərzində Serbiyanın Radnicki 1932, Napredak, Crvena Zvezda, Qazaxıstanın Okjetpes klublarında çıxış edib. O, 2011-2015-ci illər aralığında ölkəmizdə Neftçi-nin şərəfini qoruyub.