Milan-a şad xəbər


İdman 20 İyl 2018 16:28:00 284 0

Milan-a şad xəbər

Milan xoş xəbər alıb. Goal.az xəbər verir ki, "rossoneri" növbəti mövsüm Avrokuboklarda iştirak edə biləcək. Beynəlxalq İdman Arbitraj Məhkəməsi UEFA-nın kluba verdiyi cəzanı ləğv edib. Milan yeni mövsümdə Avropa Liqasında mübarizəyə qoşulacaq. Bunu klubun rəsmi saytı da təsdiqləyib. 

Milan "Financial fair play" qaydalarını pozduğuna görə, Avrokuboklardan 2 illik uzaqlaşdırılmışdı. Bu qərarla razılaşmayan rəhbərlik CAS-a müraciət etmişdi.