Klopp: "Alissona görə ödənilən məbləğin bizim üçün əhəmiyyəti yoxdur"


İdman 20 İyl 2018 16:09:00 327 0

Klopp: "Alissona görə ödənilən məbləğin bizim üçün əhəmiyyəti yoxdur"

Liverpool-un baş məşqçisi Yurgen Klopp yeni transfer Alisson Bekker haqqıda fikir bildirib. Goal.az xəbər verir ki, almaniyalı çalışdırıcı Alissonun ən bahalı qapıçı olmasından təzyiq altında qalmayacağını qeyd edib. 

“Alisson dünyanın ən güclü qapıçılarından biridir. Rəhbərlikdən onun komandaya transferini istədim və onlar lazım olanı etdilər. O, sakit bir insandır. Hər kəsin nə düşündüyünü bilirik. Lakin həqiqətən, Alissona görə ödənilən məbləğin bizim üçün əhəmiyyəti yoxdur. Artıq heyətimizə daha güclü bir futbolçu qatmışıq. Bundan sonra yeni oyunçu haqda düşünmürəm. Artıq gələcək mövsüm üçün hər şeyimizin olduğuna əminəm”.

Liverpool braziliyalı qapıçını 72,5 milyon avro qarşılığnda Roma-dan transfer edib.