Sabah-ın daha iki rəqibi məlum olub


İdman 20 İyl 2018 12:12:00 249 0

Sabah-ın daha iki rəqibi məlum olub

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Sabah” futbol klubunun hazırlıq çərçivəsində qarşılaşacağı daha iki rəqib müəyyənləşib. Azərbaycan Premyer Liqasının debütantı iyulun 21-də Türkiyənin “Osmanlıspor”, 25-də isə İranın “Traktorsazi” klubunun U-23 komandası ilə üz-üzə gələcək. “Sabah” Boludakı ilk yoxlama oyununda “Giresunspor”la qarşılaşıb (1:1). Komanda təlim-məşq toplanışı çərçivəsində son matçını iyulun 28-də Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor”a qarşı keçirəcək.