Real gənc futbolçunu icarəyə göndərəcək


İdman 19 İyl 2018 17:18:00 230 0

Real gənc futbolçunu icarəyə göndərəcək

Real yeni transferini göndərməyə hazırlaşır. Goal.az xəbər verir ki, “kral klubu” 45 milyon avroya transfer etdiyi Markus Vinisiusu başqa bir komandaya icarəyə vermək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 18 yaşlı braziliyalının bir illiyə Leganes, Getafe və ya Rayo Vallecano klublarından birinə göndərilməsi planlaşdırılır. Vinisius Real-a Braziliyanın Flamengo klubundan transfer edilmişdi.