Sabiq Galatasaray-lı Akhisar-da


İdman 19 İyl 2018 14:14:00 285 0

Sabiq Galatasaray-lı Akhisar-da

Türkiyə kubokunun son qalibi Akhisarspor heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı Jozueni transfer edib.

Türkiyəni Avropa Liqasında təmsil edəcək bu klub yarımmüdafiəçi ilə neçə illik müqavilə imzalandığını açıqlamayıb.

Karyerasına Porto-da başlayan 27 yaşlı oyunçu 2014/15 mövsümündə Bursaspor-a transfer olunub. Jozue 2015/16 mövsümünün qış fasiləsində ölkəsinin Braga klubuna icarəyə yollansa da, növbəti mövsüm Galatasaray-la müqavilə imzalayıb. Bu komandada 25 oyuna 2 qol vuran portuqaliyalı ötən mövsümü də Osmanlispor-da keçirib.