Qarabağ-ın Kukesi ilə oyunlarının vaxtları müəyyənləşib


İdman 19 İyl 2018 13:52:00 294 0

Qarabağ-ın Kukesi ilə oyunlarının vaxtları müəyyənləşib

Qarabağ-ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya Kukesi-si ilə keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Goal.az xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma Albaniyada baş tutacaq. Ağdam təmsilçisinin səfərdəki ilk matçı iyulun 25-də Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Cavab oyunu isə avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. Bu oyun da 21:00-da start götürəcək.