Alaves Championship-ə yuvarlanan komandanın futbolçusu ilə gücləndi


İdman 18 İyl 2018 19:29:00 262 0

Alaves Championship-ə yuvarlanan komandanın futbolçusu ilə gücləndi

İspaniya La Liqasında mübarizə aparan Alaves heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, klub Swansea City-dən hücumçu Borxa Bastonu heyətinə qatıb.

25 yaşlı ispaniyalı futbolçu Premyer Liqa təmsilçisindən icarəyə götürülüb. O, 2018/19 mövsümünün sonunadək Alaves-də çıxış edəcək. Baston geridə qalan mövsümdə də Malaga-da icarədə oynayıb. O, bu komandanın heyətində meydana çıxdığı 22 oyunda 2 qola imza atıb.