U-21 son iki oyununu bu stadionda keçirəcək


İdman 18 İyl 2018 18:02:00 291 0

U-21 son iki oyununu bu stadionda keçirəcək

Yığmamız sentyabrın 6-da İsrail, 11-də Norveçi bu stadionda qəbul edəcək. Komandamız seçmə mərhələnin əvvəlki üç qarşılaşmasını da bu arenada keçirib. İrlandiyaya 1:3, Almaniyaya 0:7 hesabı ilə uduzan komandamız Kosovo ilə qolsuz heç-heçə edib. 5-ci qrupda son matçını oktyabrın 16-da Norveçdə keçirəcək yığmamız 7 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2019-un seçmə mərhələsində keçirəcəyi son iki ev oyununun yeri dəqiqləşib. Goal.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri doğma azarkeşlər önündəki sonuncu iki görüşünü “Dalğa Arena”da keçirəcək.