Juventus növbəti transferə can atır


İdman 18 İyl 2018 16:56:00 243 0

Juventus növbəti transferə can atır

Atletico-nun futbolçusu Diyeqo Qodin klubunu dəyişə bilər. Goal.az xəbər verir ki, transfer bazarında fəallığı ilə seçilən Juventus uruvaylı müdafiəçini heyətində görmək istəyir. Klublar arasında ilkin razılığın əldə olunduğu iddia edilir. 2021-ci ilədək nəzərdə tutulan bu anlaşmaya əsasən Qodin ildə 4 milyon avro qazanacaq. Müdafiəçiyə eyni maaşı verməyə hazır olan Madrid təmsilçisi onu 20 milyon avrodan ucuz qiymətə buraxmaq niyyətində deyil.

Qodin 2010-cu ildən Atletico-nun formasını geyinir.