Portuqaliyalı futbolçu 11 ildən sonra vətəninə döndü


İdman 18 İyl 2018 11:12:00 259 0

Portuqaliyalı futbolçu 11 ildən sonra vətəninə döndü

Bir vaxtlar Beşiktaş-ın əsas qol silahı hesab olunan Huqo Almeyda özünə yenə iş yeri tapıb. Goal.az xəbər verir ki, veteran hücumçu yeni mövsümdən Portuqaliyanın ikinci Liqasında mübarizə aparan Academica-nın şərəfini qoruyacaq. Bununla da Almeyda 11 illik fasilədən sonra vətəninə dönüb. Porto-nun yetirməsi olan forvard 2007-ci ildə bu klubdan Werder-ə transfer edilmişdi. 34 yaşlı futbolçu son olaraq Xorvatiyanın Hajduk (Split) klubunun şərəfini qoruyurdu.

2011-2014-cü illər aralığında Beşiktaş-da çıxış edən Almeyda Türkiyədən ayrldıqdan sonra Cesena, Kuban (Krasnodar), Anji, Hannover və AEK-də də oynamağa imkan tapıb. Portuqaliya millisində 57 oyuna çıxan təcrübəli futbolçu 19 qola imza atıb. O, geridə qalan mövsümdə Hajduk-la 19 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.