Çempionlar Liqasında I təsnifat mərhələsinin növbəti cavab oyunlqarı keçiriləcək


İdman 18 İyl 2018 10:30:00 282 0

Çempionlar Liqasında I təsnifat mərhələsinin növbəti cavab oyunlqarı keçiriləcək

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək. Goal.az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma oynanılacaq. "Qarabağ" Sloveniya "Olimpiya"sını qəbul edəcəksə, Qazaxıstan "Astana"sı Monteneqroda "Sutyeska"nın qonağı olacaq. 

İlk cütün qalibi növbəti mərhələdə Albaniyanın "Kukesi", ikinci cütün sevinən tərəfi isə Danimarkanın "Mityulland" komandası ilə qarşılaşacaq.

Məğlub komandalar isə Avropa Liqasının II təsnifat mərhələsində müvafiq olaraq, "Kruzaders" (Şimali İrlandiya) və "Seltik" (Şotlandiya) - "Alaşkert" (Ermənistan) cütündə uduzan tərəflə qarşılaşacaq. İlk görüşdə "Seltik" səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən, Avroliqadakı rəqibin "Alaşkert" olacağı güman olunur.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab görüşləri

18 iyul

21:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Spartak" (Trnava, Slovakiya)

İlk oyun - 0:1

21:00. "Qarabağ" (AZƏRBAYCAN) - "Olimpiya" (Lyublyana, Sloveniya)

İlk oyun - 1:0

21:00. "Şerif" (Moldova) - "Torpedo" (Kutaisi, Gürcüstan)

İlk oyun - 1:2

21:45. "Rusenborq" (Norveç) - "Valür" (İslandiya)

İlk oyun - 0:1

22:00. "Sutyeska" (Monteneqro) - "Astana" (Qazaxıstan)

İlk oyun - 0:1

"22:45. "Seltik" (Şotlandiya) - "Alaşkert" (Ermənistan)

İlk oyun - 3:0