Şeydayev Trabzonspor-a qələbə qazandırdı


İdman 18 İyl 2018 10:13:00 316 0

Şeydayev Trabzonspor-a qələbə qazandırdı

Trabzonspor yoxlama oyunu keçirib. Goal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa təmsilçisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Lokomotiva” klubu ilə qarşılaşıb.

Oyun Super Liqa təmislçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 67-ci dəqiqəsində meydana buraxılıb. Yeganə qolu da 75-ci dəqiqədə məhz Şeydayev vurub. O, rəqib müdafiəçinin geriyə ötürməsi zamanı qapıçının səhvindən maksimum yararlanıb.