Fransalı futbolçu milli karyerasını başa vurdu


İdman 16 İyl 2018 14:03:00 237 0

Fransalı futbolçu milli karyerasını başa vurdu

Fransanın heyətində dünya çempionu olan Adil Rami finaldan sonra qərarını elan edib. Goal.az xəbər verir ki,təcrübəli futbolçu Rusiyada təşkil olunan dünya çempionatının finalında Xorvatiyaya 4:2 hesabıyla qalib gəlib, qızıl medallara sahib olduqları oyundan sonra millidən getdiyini açıqlayıb.

32 yaşlı futbolçu DÇ-2018-də heç bir oyunda meydana çıxmadı. Baxmayaraq ki, o, əvvəllər Fransa yığmasındaə 35 oyun keçirib, 1 qola imza atmışdı. Rami 2017-ci ildən Marseille-də forma geyinir.