Atletico Qodinin əvəzinə türk futbolçunu gözaltı edib


İdman 16 İyl 2018 13:23:00 304 0

Atletico Qodinin əvəzinə türk futbolçunu gözaltı edib

Juventus bu dəfə müdafiə xəttini gücləndirmək barədə düşünür. Goal.az xəbər verir ki, "qoca senyora"nın hədəfində Atletico-nun müdafiəçisi Dieqo Qodin var. Onun transferi 25 milyon avro dəyərində qiymətləndirilir. Madrid klubu işini ehtiyatlı tutaraq Qodinin mövqeyinə əvəzləyici də tapıb. Söhbət Freiburg və Türkiyə millisinin üzvü Çağlar Söyüncüdən gedir. Yaxın günlərdə tərəflər arasında danışıqların baş tutmaq ehtimalı var. 2017-18 mövsümündə Bundesliqada 26 matçda meydana çıxan Çağlar Söyüncü bir qolla yadda qalıb.