FİFA İngiltərəni cərimələyib


İdman 15 İyl 2018 13:34:00 277 0

FİFA İngiltərəni cərimələyib

FİFA İngiltərə Futbol Federasiyasını (FA) cəzalandırıb. Goal.az xəbər verir ki, ali futbol qurumunun İntizam Komitəsi FA-ya 70 min İsveçrə frankı cərimə kəsib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. İngiltərə yığması Rusiyada təşkil olunmuş dünya çempionatında FİFA-nın marketinq qaydalarını pozduğuna görə cərimə olunub.