Runi: "Dedilər, getsən, xoşbəxt olarıq"


İdman 14 İyl 2018 14:54:00 249 0

Runi: "Dedilər,  getsən, xoşbəxt olarıq"

MLS klubu DC United-ə keçən Ueyn Runi Everton-dan getməsinin səbəbləri barədə danışıb. Goal.az xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:

“Ötən mövsümün sonuna doğru klub rəhbərliyi mənə açıq şəkildə bildirdi ki, getsən, xoşbəxt olarıq. Bunun hansı səbəbə görə deyildiyini isə hələ də bilmirəm.

Mən komandanın ən yaxşı bombardiri idim. Baxmayaraq ki, mövsümün xeyli hissəsini yarımmüdafiədə keçirmişdim. Klub rəhbərliyinə dedim ki, mən uşaq deyiləm, getməyimi istəyirsinizsə, bunu açıq şəkildə bildirin. Onlar da fikirlərini dedilər və getmək barədə qərar verdim.

20-21 yaşım olsaydı, yəqin ki, belə situasiyada problemi həll edə bilməzdim. Elə həmin ərəfədə DC United-dən təklif gəldi və qəbul etdim. Mən realistəm. Bura da ona görə gəlmişəm ki, qollar vurub, komandama uğur qazandırım”.