Noyer final oyunu üçün neytral olacaq


İdman 13 İyl 2018 16:32:00 271 0

Noyer final oyunu üçün neytral olacaq

Almaniya yığmasının qapıçısı Manuel Noyer DÇ-2018-in finalı ilə bağlı fikirlərini bildirib. Goal.az xəbər verir ki, Noyer feysbuk hesabından yazdığı statusda hansı komandaya azarkeşlik edəcəyinə də aydınlıq gətirib. O, hər iki komandada dostları olduğu üçün neytral qalacağını vurğulayıb:

“Mən bazar günü neytral olacam. Hər iki komandada oyunçular var ki, onlarla məni nəsə bağlayır. İvan Rakitiçlə Schalke-də birgə oynamışam və hələ də əlaqəni itirməmişik.

Korentin Tolisso isə Bayern Munchen-də komanda yoldaşımdır. Hər iki komandaya uğurlar arzulayıram”.

Mundialın finalında Fransa ilə Xorvatiya qarşılaşacaq. Oyun iyulun 15-də Moskvada keçiriləcək.