İtkin düşən ingilis azarkeş tapıldı


İdman 13 İyl 2018 14:20:00 304 0

İtkin düşən ingilis azarkeş tapıldı

İngiltərə yığmasının azarkeşi Duqlas Moretonun Rusiyada itkin düşməsi barədə xəbərlər yayılmışdı. Onu sonuncu dəfə iyulun 6-da Samarada görmüşdülər. Goal.az xəbər verir ki, həmin vaxtdan azarkeşlə əlaqə saxlamaq mümkün olmamışdı. Moreto artıq ortaya çıxıb. Onu Moskva mehmanxanalarının birində tapıblar. İngilis fanat tapılarkən sərxoş vəziyyətdə olub.

Artıq Rusiya polisi fanatın yaxınlarını və İngiltərə səfirliyini məlumatlandırıb.