Galatasaray-ın futbolçusu A Seriyasında


İdman 12 İyl 2018 19:11:00 313 0

Galatasaray-ın futbolçusu A Seriyasında

Genoa heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, Genuya klubu türk əsilli almaniyalı futbolçu Koray Günteri transfer edib. Müqavilənin detalları hələlik açıqlanmır.

Günter 2014-cü ildən Galatasaray-ın şərəfini qoruyurdu. Lakin bu komandada o qədər də forma şansı qazanmayan 23 yaşlı futbolçu müqaviləsinin müddəti bitən kimi İtaliyaya üz tutub. Koray 2013/14 mövsümünün qış fasiləsi zamanı Dortmund Borussia-sından 2,5 milyon avroya Türkiyə klubuna transfer edilmişdi.