Azərbaycanın 2 FİFA referisi Avroliqa oyunlarına təyinat alıb


İdman 12 İyl 2018 14:38:00 332 0

Azərbaycanın 2 FİFA referisi Avroliqa oyunlarına təyinat alıb

Azərbaycanlı FİFA referiləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.

Goal.az xəbər verir ki, UEFA Avroliqanın cavab matçlarından ikisinin idarəçiliyini azərbaycanlı hakimlərə tapşırıb:

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları19 iyul

Mladost (Monteneqro) - B36 Torshavn (Farer adaları)

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov

Dördüncü hakim: Əliyar Ağayev

Zarya (Moldova) - Gurnik (Polşa)

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli

Dördüncü hakim: Rauf Cabbarov