Belçikalı azarkeşlərlə polis arasında qarşıdurma olub


İdman 11 İyl 2018 10:34:00 227 0

Belçikalı azarkeşlərlə polis arasında qarşıdurma olub

Belçika millisinin 2018-ci il dünya çempionatının yarımfinalında Fransaya məğlubiyyətindən sonra (0:1) belçikalı azarkeşlər arasında sonradan polislə toqquşmaya gətirib çıxaran kütləvi qarşıdurma olub. Goal.az xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb. İğtişaş zamanı bir qadın polis yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə Brüsselin şimal-qərbində yerləşən Jet komunasında baş verib. Miruar meydanında quraşdırılmış böyük ekranda matçı izləyən azarkeşlər, yığmanın məğlubiyyətindən sonra məyus olaraq yerli kafenin masalarını çevirməyə başlayıblar və kütləvi dava salıblar. Hadisə yerinə polis gəldikdə isə qəzəbli kütlə onlara qarşı yönəlib. Polis əməkdaşları daşa basılıb.

Ərazidə sabitlik təqribən bir saata bərpa olunub. Bir neçə nəfər saxlanılıb. Davada iştirak edən azarkeşlərin sayı açıqlanmır.