Qarabağ-a qol vuran futbolçu Qanada ən yaxşı seçidli


İdman 10 İyl 2018 15:30:00 268 0

Qarabağ-a qol vuran futbolçu Qanada ən yaxşı seçidli

Atletico-nun oyunçusu Tomas Partey Qanada ilin futbolçusu seçilib. Goal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Qananın paytaxtı Akkradadakı Marriott otelində keçirilən mərasimdə ən yaxşı futbolçu mükafatına sahib çıxıb.

O, bu nominasiyada Swansea City-nin futbolçusu Cordan Ayu və Aston Villa-nın oyunçusu Albert Adomanı geridə qoyub.

Tomas Partey 2017-2018 mövsümündə Atletico-nun heyətində bütün turnirlər daxil olmaqla 50 matçda iştirak edib və 5 qol vurub. O, Çempionlar Liqasının qrup mərhələsində Madriddə Qarabağ-la keçirilən qarşılaşmada da fərqlənib.