Arsenal-ın qapıçısı Brighton-da


İdman 10 İyl 2018 14:12:00 228 0

Arsenal-ın qapıçısı Brighton-da

Premyer Liqada mübarizə aparan Brighton  klubu heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, "qağayılar" Arsenal-ın gənc qapıçısı Huqo Ketonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu yeni klubuna azad agent statusunda keçib. Bu səbəbdən Brighton “topçular”a heç bir təzminat ödəməyəcək. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Finlandiyalı qapıçı ölkəsinin Honka və HJK klublarının yetirməsidir. O, Arsenal-a 2014-cü ildə transfer edilmişdi.