Taekvondo komandalarına yeni məşqçilər


İdman 09 İyl 2018 16:15:00 355 0

Taekvondo komandalarına yeni məşqçilər

Azərbaycan Taekvondo Federasiyasında yeni məşqçi təyinatları gerçəkləşib. Goal.az xəbər verir ki, Ələkbər İmaməliyev 21 yaşlı kişi taekvondoçuların, Gündüz Abdullayev 21 yaşlı qadın taekvondoçuların məşqçisi təyin edilib. Avropa çempionu İlkin Şahbazov isə kiçik yaşlı yeniyetmələrdən ibarət komandanın sükanı arxasına keçib. Əvvəllər Ələkbər İmaməliyev Azərbaycanın əsas, Gündüz Abdullayev isə gənclərdən ibarət millisinin baş məşqçisi olub.