Galatasaray-ın sabiq futbolçusunu polis saxladı


İdman 09 İyl 2018 14:16:00 307 0

Galatasaray-ın sabiq futbolçusunu polis saxladı

Arsenal və Galatasaray-ın sabiq futbolçusu Emmanuel Ebue həbs edilib. Goal.az xəbər verir ki, veteran futbolçu iyunun 30-da Londonda saxlanılıb. O, yaşayış evinin yandırılmasında şübhəli bilinir. Ebue yanan evin yaxınlığında olub və özünü olduqca şübhəli aparıb. O, 2017-ci ilin dekabrında verdiyi müsahibədə bildirmişdi ki, həyat yoldaşından ayrılıb.

Məhkəmənin qərarı ilə onun bütün əmlakı həyat yoldaşına verilib. Ebue elə həmin müsahibəsində etiraf etmişdi ki, intihar etməyə yaxın olub.