Xorvatiyalı futbolçu A Seriyasına qayıtmağa hazırlaşır


İdman 09 İyl 2018 13:11:00 308 0

Xorvatiyalı futbolçu A Seriyasına qayıtmağa hazırlaşır

İnter növbəti transferini reallaşdırmaq üzədir. Goal.az xəbər verir ki, Atletico-nun müdafiəçisi Şime Vrsalko İtaliya A Seriyasına gəlməyə hazırlaşır. Klublar arasında danışıqlar artıq yekunlaşmaq üzrədir. İnter Xorvatiya millisinin üzvünü transfer etmək şərti ilə birillik icarəyə götürmək niyyətindərir. Qarşı tərəf bu keçidə ilkin razılıq veriblər. 26 yaşlı sağ cinah oyunçusu Napoli və Roma-nın da maraq dairəsində olmasına baxmayaraq, İnter-ə keçidi daha real görünür. Vrsalko Atletico-ya 2016-cı ildə Sassuolo-dan keçib.