“Sautqeyt Qvardioladan məsləhət alıb”


İdman 09 İyl 2018 11:00:00 261 0

“Sautqeyt Qvardioladan məsləhət alıb”

İngiltərənin məşhur futbolçularından olan Pol Skoulz yığmasının dünya çempionatındakı çıxışını dəyərləndirib.

Goal.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, Manchester United-in əfsanəvi oyunçusu millinin uğurunda Manchester City-nin çalışdırıcısı Pep Qvardiolanın əməyini vurğulayıb.

 “Məncə, Qvardiolanın oynatdığı futbol Sautqeytə təsir edib. Xüsusən də, üçlü müdafiə xəttinin və qapıçının oyununda bu, aşkar şəkildə bəlli olur. Qaret bunu gizlətməyə çalışmır. Məncə, o, Peplə görüşüb və ondan məsləhət də alıb. Eyni futbolu oynatmağa çalışdığını görürəm. Pepin oyun üslubunu kopyalamaq məntiqli addımdı”.

Qeyd edək ki, İngiltərə millisi dünya çempionatında mübarizəni davam etdirir. Ada təmsilçisi yarımfinalda Xorvatiya ilə qarşılaşacaq.