Paulinyo yenidən sabiq klubunda


İdman 09 İyl 2018 10:26:00 297 0

Paulinyo yenidən sabiq klubunda

Barcelona-nın yarımmüdafiəçisi Poulinyo Çinə qayıdıb. 

Goal.az xəbər verir ki, Guangzhou Evergrande klubu 29 yaşlı orta sahə oyunçusu birillik icarəyə götürülüb. Çinlilər bir ildən sonra onu transfer edə biləcəklər. Müqavilənin maddi tərəfləri açıqlanmasa da, gələn il transferin reallaşması ilə ispanların 50 milyon avro qazanacağı vurğulanıb. Braziliya millisinin üzvünün illik məvacibi isə 14 milyon avro olacaq.

Qeyd edək ki, Barcelona Paulinyonu ötən il 40 milyon avro müqabilində məhz Guangzhou Evergrande -dan transfer etmişdi.