Kurtua mundialdan sonra qərar verəcək


İdman 08 İyl 2018 17:14:00 283 0

Kurtua mundialdan sonra qərar verəcək

Chelsea-nın qapıçısı Tibo Kurtua karyerasını Real Madrid-də davam etdirə bilər.

Goal.az-ın məlumatına görə, qolkiper bununla bağlı yekun qərarını vermədiyini söyləyib.

Kurtua dünya çempionatından sonra bu barədə düşünəcəyini deyib: “Gələcək taleyim? İndi yalnız dünya çempionatına köklənmişəm. Mundialdan 8-10 gün sonra gələcəyimlə bağlı qərarımı bildirəcəm”.

Qeyd edək ki, Belçika yığması dünya çempionatının yarımfinal mərhələsində Fransa ilə qarşılaşacaq.