Muslera azarkeşlərdən üzr istədi


İdman 08 İyl 2018 13:34:00 273 0

Muslera azarkeşlərdən üzr istədi

DÇ-2018-in 1/4 final mərhələsində Fransaya məğlub olaraq mundialı tərk edən Uruqvay millisinin qapıçısı Fernando Muslera açıqlama verib. Goal.az xəbər verir ki, Galatasaray-da çıxış edən 32 yaşlı qapıçı məğlubiyyətə əsas səbəb kimi öz səhvini göstərib və hər kəsdən üzr istədiyib:

“Hər kəs kimi mən də kədərliyəm, gözləmədiyim bir an oldu. Mənim səhvim bütün ümidlərimizi məhv etdi”.

Muslera millinin azarkeşlərindən üzr istəyib və gələcəyi düşünməli olduqlarını deyib:

“Bura kimi gələn Uruqvay azarkeşlərindən üzr istəyirəm, onlar daha çox Rusiyada qalmalı idilər. Ancaq məğlubiyyəti unudub, gələcəyi düşünmək lazımdı”.