Ramil Şeydayevin taleyi məşqçidən asılıdır


İdman 08 İyl 2018 12:31:00 260 0

Ramil Şeydayevin taleyi məşqçidən asılıdır

Trabzonspor prezidentinin məsləhətçisi Özkan Sümer millimizin hücumusu Ramil Şeydayevin gələcəyi ilə bağlı açıqlama verib. Goal.az xəbər verir ki, türkiyəli funksioner 22 yaşlı hücumçunun klubdakı taleyinin baş məşqçidən asılı olduğunu deyib:

"Baş məşqçi razı qalsa, o qalacaq. Çünki maaşı yüksək deyil. Onsuz da, Ramil baş məşqçinin tələbi ilə buradadır. Hazırda klubun düşərgəsindədir. Toplanış bitdikdən sonra onun komandada qalıb-qalmayacağına qərar veriləcək”.

Qeyd edək ki, müqavilə ilə Trabzonspor-a məxsus olan R.Şeydayevin Mattersburg-a (Avstriya) transferi baş tutmayıb. .