Sevilla-dan qapıçı transferi


İdman 07 İyl 2018 16:34:00 323 0

Sevilla-dan qapıçı transferi

Sevilla heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, La Liqa klubu çexiyalı qapıçı Tomaş Vatsliki transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son 4 mövsümü İsveçrənin Basel klubunda keçirmiş 29 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Sevilla Avropa Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi Neftçi-nin potensial rəqibidir.  Komandamız 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Macarıstan Ujpest-ini mübarizədən kənarlaşdıra bilsə, növbəti turda məhz Sevilla ilə üz-üzə gələcək.