Sevilla Barcelona ilə 2 dəfə qarşılaşmaq istəyir


İdman 07 İyl 2018 13:32:00 287 0

Sevilla Barcelona ilə 2 dəfə qarşılaşmaq istəyir

Sevilla-nın prezidenti Xose Kastro bildirib ki, komanda bu il İspaniya Superkubokunun keçirilmə formatının dəyişdirilməsinə razılıq verib. Goal.az xəbər verir ki, bu barədə "Marca" qəzeti yazıb. Bundan əvvəl İspaniya Futbol Federasiyası (RFEF) və Barcelona iki oyundan birinin Mərakeşin Tancer şəhərində keçirilməsini təklif edib.

İspaniyada Superkubok ənənəvi olaraq hər komandanın meydanında bir dəfə olmaqla iki qarşılaşmadan ibarətdir. "Biz yalnız bir matç keçirmək təklifindən imtina edirik. İki oyun keçirmək istəyirik — 5 və 12 avqustda, çünki bizim öz azarkeşlərimiz qarşısında öhdəliyimiz var.

Əgər RFEF bizə desə ki, oyun avqustun 12-də Tancerdə olacaq, biz razılaşacağıq, çünki Superkubok uğrunda mübarizə aparmaq istəyirik", — deyə nəşr Kastronun sözlərini sitat gətirib.