Qarabağ-ın rəqibi daha 2 futbolçu ilə gücləndi


İdman 07 İyl 2018 12:51:00 265 0

Qarabağ-ın rəqibi daha 2 futbolçu ilə gücləndi

Çempionlar Liqasının I təsnifat mərhələsində son Azərbaycan çempionu Qarabağ-la qarşılaşacaq Olimpija heyətini gücləndirməkdə davam edir. Goal.az xəbər verir ki, Lyublyana klubu 2 növbəti transferini rəsmiləşdirib.

Bunlar Vozdovac-ın müdafiəçisi Marko Qayiç və Videoton-un yarımmüdafiəçisi Asmir Sulyiçdir. Yarımmüdafiənin mərkəzində və vinger mövqeyində oynamağı bacaran Sulyiç 2 illik müqavilə bağlayıb. Mərkəz müdafiəçisi olan ucaboy Qayiç isə qarşıdakı 3 mövsümü Olimpija-da keçirəcək.

Qarabağ-la Olimpija arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda keçiriləcək.