Minyole azarkeşin xahişini yerinə yetirdi


İdman 06 İyl 2018 13:28:00 248 0

Minyole azarkeşin xahişini yerinə yetirdi

Liverpool və Belçika yığmasının qapıçısı Simon Minyole dünya çempionatında onun formasını istəyən azarkeşi axtarıb. Goal.az xəbərverir ki, fanat oyun zamanı plakat açıb və oyunçunun formasını ona verməyini xahiş edib. 30 yaşlı qolkiper oyundan sonra şəxsi "Twitter" səhifəsində azarkeşin şəklini yerləşdirərək ona cavab vermək istəyib. Azarkeşlər isə onun axtarışında qapıçıya kömək edib.  Belçika yığma bu gün DÇ-2018-in 1/4 finalında Braziliya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.