Ueyn Bridc “Əgər onlar komandadan ayrılsalar...”


İdman 06 İyl 2018 12:47:00 267 0

Ueyn Bridc “Əgər onlar komandadan ayrılsalar...”

Chelsea klubunun keçmiş üzvü Ueyn Bridc Eden Hazard və Villianın komandadan gedişi barədə xəbərlərə münasibət bildirib. 

Goal.az xəbər verir ki, Bridc onları əvəzləməyin çətin olacağını qeyd edib: ”Şəxsən mən bu iki futbolçunu, nəyin bahasına olursa–olsun, Chelsea–də saxlayardım. Hazard və Villian aparıcı oyunçulardır. Əgər onlar komandadan ayrılsalar, Chelsea bütöv bir heyət almalıdır. Hər iki futbolçunun əvəzinə dünya miqyaslı oyunçular gətirilməlidir . Bu isə xeyli xərc tələb edir”,- deyə Ueyn Bridc bildirib.