Rejissor & Qapıçı- "Bunu bacaracağıma inanırdım"


İdman 05 İyl 2018 15:23:00 274 0

Rejissor & Qapıçı- "Bunu bacaracağıma inanırdım"

 

Qarabağ-ın yeni transferi Hans Tor Halldorsonun maraqlı həyat hekayəsi var. İslandiyalı qapıçı bugünkü karyerasına çatana qədər müxtəlif çətinliklər görüb, amma əzmkarlığı və istəyi ilə yüksəlməyi bacarıb.Qapıçılıqla yanaşı rejissorluqla da məşğul olan 34 yaşlı “çərçivə qoruyucusu”nun keçmişinə qısa bir nəzər salaq.Hannes Tor Halldorson hələ 20 yaşında ikən futbolu buraxacaq vəziyyətə gəlmişdi. Peşəkar qapıçılıq təlimləri almamışdı. Üstəlik özünün rejissorluğa olan meyli hiss etmişdi. Hazırda beynəlxalq səviyyədə turnirlərdə çıxış etmiş ilk və tək islandiyalı qapıçıdı. Eyni zamanda, dünya çempionatının seçmə mərhələsində Türkiyə, Xorvatiya və Ukrayna kimi komandalarla oyunda qapısında qol görməyib...Ancaq 2004-cü ilin yayına geri qayıtsaq, ölkəsinin 3-cü liqasındakı yerli komandaların birindən rədd cavabı almışdı və onun üçün işlər çox da yaxşı görünmürdü.Halldorson Reykyavikin kənar bölgələrindən biri olan Breydholtda böyüyüb. Leiknir adlı kiçik bir klubla məşqlərə çıxırdı. Amma İslandiyadakı digər həmyaşıdları kimi ona da bir qapıçıya nələr etmək lazım olduğunu öyrədəcək kimsə yox idi. 1984 təvəllüdlü Halldorson milli komandada forma geyinən o yaş qrupuna aid 3 futbolçudan biridir. Belə keçmişi olan oyunçular İslandiyanın hazırkı nailiyyətlərində böyük pay sahibi olan infrastruktura və təhsilli gənc məşqçilərlə işləyəcək qədər şanslı deyildilər. Hannes hər gün öz-özünə məşq etməyə məcbur idi: topu məşq meydançasının kənarındakı divara vurur və onu tutmağa çalışırdı.2004-cü ildə Halldorson özünə yeni klub axtarırdı. Aşağı liqalarda mübarizə aparan və kiçik bir klub olan Numi-nin məşqçisi ilə əlaqə saxlamışdı. Məşqə dəvət edilmişdi, amma hadisələr istədiyi kimi baş verməmişdi. “Ən yaxşı oyunumu göstərə bilmədim və onlar da mənimlə müqavilə imzalamaq istəmədilər” – deyə sonralar açıqlama vermişdi.Ardınca Leiknir-ə dönür və mövsümün son matçında meydana çıxmaq imkanı qazanır. Amma onun böyük səhvi komandasının bir üst liqaya çıxmağına əngəl olur. Bu, onun üçün həqiqətən də zirzəminin ən dib nöqtəsi idi. “Kimsənin məni tanımadığı, futbol oynayıb-oynamadığımı bilmədiyi bir vəziyyətdə idim. Sadəcə bunu bacaracağıma inandım və edə biləcəyim tək şeytaleyimin iplərini əllərimə almaq idi” – Halldorson deyir.Bir plan qurmaq lazım idi. Atası ilə danışıb və ona ölkədəki ən yaxşı oyunçu olmağı, ən yüksək nöqtəyə çıxmağı hədəflədiyini söyləyib. Atası isə ondan daha çox şey gözləyirdi: peşəkar olaraq futbol oynayan islandiyalı bir neçə futbolçudan biri olmaq və “fövqəladə bir şey” bacarmaq. Məsələn, idealı Canluici Buffon qarşısında matça çıxmaq. Bu xəyalına əslində olduqca yaxınlaşıb. AÇ-2016-nın 1/4 finalında Hüqo Llorisə qarşı mübarizə aparmaq imkanı əldə edib. Həqiqətən də möhtəşəm bir şey idi.Halldorson qarşısına qoyduğu məqsədlərə çatmağı bacarıb. KR-in dubla imza atdığı 2011-ci ildə İslandiya Birinci Liqasının ən dəyərli oyunçusu seçildi. Həmin ilin payızında milli komandadakı qapıçıların birinin zədələnməsi, digərinin isə cəzalı olması ona bir fürsət yaratdı. AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Kipr matçında ilk dəfə milli forma ilə oynadı və qapısında qol görmədi. Bu matç sonradan gələcəklərin xəbərçisi idi.Futbolun ən diqqətçəkən və ikitərəfli şəxsiyyətlərindən birini anlatmaq üçün bunlar bəs deyil. Halldorson karyerasına liseydə rejissorluq edərək başlayıb. “Nylon” adlı qız qrupu üçün kliplər çəkirdi. Həm də pulsuz. Sonralar bir çox klipin də rejissoru oldu ki, bunların arasında Avroviziya-2012 mahnı müsabiqəsində İslandiya təmsilçisinin oxuduğu mahnı da var. Mükafat qazandığı bir çox reklam filmi və televiziya şouları da üstəlik. Milli komandanın üzvü olmaq da bu sahədəki karyerasına təsir etmədi.Rejissorluq etdiyi televiziya filmlərindən birinin adı “Peşəkar oyunçularımız”dır. Bu serialda Halldorson və dostları bir çox islandiyalı futbolçunu müxtəlif yerlərdə ziyarət edirlər. Aralarında Hannesin əvvəlcədən qibtə elədiyi və sonralar milli komandada otaq yoldaşı olduğu Eydur Qudyonsson da var.

Halldorson Lars Laqerberk və Heymir Hallqrimissonun 2011-ci ildə İslandiya yığmasının başına keməsindən sonra başlayan dövr içində çox sürətli bir şəkildə milli komandanın bir nömrəli seçimi oldu. O vaxtdan bəri 1 nömrəli forma üçün çox ciddi mübarizə də nəzərə çatmır. Meydanda və ondan kənarda komanda üçün motivasiyaedici varlığı ilə çox önəmli bir adamdı. Komanda meydana çıxmadan əvvəlki pozitiv danışığı və qapıdakı performansı ilə yoldaşlarına əminlik aşılayır.AÇ-2016-da diqqətçəkən çıxışı ilə bərabər DÇ-2018-in seçmə mərhələsində də 5 oyunda qapısından qol buraxmayıb.Peşəkar olaraq davam etdirdiyi digər sevimli işinə də sadiq qalan Halldorson komanda yoldaşlarında yeni bir adət yaradıb. Hər oyundan iki və ya üç gün əvvəl islandiyalı oyunçularbir yerə toplaşaraq yeni bir film izləyirlər. İslandiya film sənayesi ilə Hannes arasındakı əlaqələrin yüksək səviyyədə olması bəzi filmlərin nümayişininfutbolçular üçün əsl qalaya çevrilməsinə səbəb olur. Məsələn, Baltasar Kormakurun “Everest” filmini Hollandiyanı Amsterdamda məğlub etməmişdən əvvəl izləyiblər.Halldorson 2014-cü ildən bəri peşəkar olaraq futbol həyatına davam edir. Karyerası Norveçdən Hollandiyaya, ordan son iki mövsümü keçirdiyi Danimarkaya, nəhayət Azərbaycana qədər uzanıb.Bu vaxta qədər İslandiya milli komandası ilə birlikdə möcüzəvi uğurlarla imza atıblar. Bu yay Rusiyada çox çətin qrupda sadəcə 1 xal qazanmağa gücləri çatsa da, şəxsi uğur olaraq bu dünya çempionatı karyerasına qızıl hərflərlə yazılacaq. Belə ki, qrupdakı yeganə xallarını qazandıqları Argentina ilə oyunda Messinin penaltisini qaytararaq həm dünyanın diqqətini çəkmiş, həm də matçın ən yaxşısı seçilmişdi.

Mənbə: The GuardianTərcümə: Apasport.az