Slaveçin Qarabağ-la müqaviləsinin detalları müəyyənləşdi


İdman 05 İyl 2018 13:00:00 278 0

Slaveçin Qarabağ-la müqaviləsinin detalları müəyyənləşdi

Qarabağ yeni transferi olan Bolqarıstan millisinin yarımmüdafiəçisi Simon Slavçevlə imzaladığı müqavilənin müddətini açıqlayıb.

Goal.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, 24 yaşlı oyunçu qarşıdakı 3 il ərzində Ağdam təmsilçisinin şərəfini qoruyacaq. Slavçev artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışındadır.

Qeyd edək ki, S.Slavçev peşəkar karyerasına 2010-cu ildə  ölkəsinin Litex klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Daha sonra Slavçev icarə əsasında İngiltərənin Bolton, Kiprin Apollon, son olaraq isə Polşanın Legia (Qdansk) klubunda çıxış edib.

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır.