Real Madrid Ronaldonun Juventus-a keçməsinə imkan vermir


İdman 05 İyl 2018 12:12:00 362 0

Real Madrid Ronaldonun Juventus-a keçməsinə imkan vermir

Real Madrid Kriştianu Ronaldoya yeni müqavilə təklif edəcək. 

Goal.az "Football İtalia"ya istinadən xəbər verir ki, 33 yaşlı portuqaliyalı hücumçu yeni sözləşməyə əsasən, illik 30 milyon avro qazanacaq. 

Ronaldonun Madrid təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi mövcuddur. Mətbuatda Juventus-un Ronaldoya illik 30 milyon avro, klubuna isə 120 - 150 milyon avro ödəməyə hazır olduğu yazılıb. 

Real Madrid isə lider oyunçusunu buraxmaq fikrində deyil və Turin təmsilçisi qədər əmək haqqı təklif edəcək.