Neymar oynamaqdan çox qazonda uzanır


İdman 05 İyl 2018 10:04:00 289 0

Neymar oynamaqdan çox qazonda uzanır

Braziliya yığmasının hücumçusu Neymar futbol üzrə dünya çempionatının 4 matçının 14 dəqiqəsini qazonda uzanmaqla keçirib.

Goal.az-ın məlumatına görə, bu barədə "Dream Team" portalı məlumat yayıb.

Bildirilir ki, Neymarın qazonda ən çox uzanması 1/8 final matçında, Meksikaya qarşı oyunda qeydə alınıb. Braziliya yığmasının kapitanı Miqel Layunla toqquşduqdan ancaq 5 dəqiqə 30 saniyə sonra ayağa qalxıb.

Neymara qarşı ümumilikdə 23 dəfə qayda pozuntusu qeydə alınıb.