Qarabağ növbəti transferi reallaşdırmağa hazırlaşır


İdman 04 İyl 2018 16:12:00 254 0

Qarabağ növbəti transferi reallaşdırmağa hazırlaşır

Növbəti mövsüm Çempionlar Liqasında təmsil etməyə hazırlaşan Qarabağ növbəti transferə hazırlaşır. Goal.az xəbər verir ki, son Azərbaycan çempionu Lissabon Sporting-inin yarımmüdafiəçisi Simeon Slavçevin transferini bitirmək üzrədir. Yerli mətbuatın yaydığı məlumata görə bolqarıstanlı futbolçu Qarabağ-la müqavilə bağlamaq üçün klubun düşərgəsini tərk edib.

Bolqarıstan millisinin üzvü olan Slavçev 2014-cü ildə Litex klubundan Sporting-ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin Bolton, Kiprin Apollon və Polşanın Lexiya klublarında icarə əsasında çıxış edib. Slavçevin Sporting-lə müqaviləsi 2019-cu ilin yayında başa çatır.