DÇ-2030-u keçirməyə 3 namizəd


İdman 04 İyl 2018 11:36:00 248 0

DÇ-2030-u keçirməyə 3 namizəd

DÇ-2030-a ev sahibliyi etməyə daha bir namizəd müəyyənləşib.

Goal.az saytının məlumatına görə, Mərakeş, Əlcəzair və Tunis mundialı birgə təşkil etmək istəyindədir.Ortaq təşkilatçılıq niyyətində olan afrikalılara qədər Uruqvayla Argentinanın birgə namizədliyi məlum idi. Mundiallara ev sahibliyinə ənənəvi namizədə çevrilib, hər dəfə uduzan Mərakeş bu dəfə şimali Afrikanın digər iki ölkəsi ilə birgə müraciəti zəruri sayıb.Qeyd edək ki, DÇ-2022 Qətərdə, DÇ-2026 ABŞ, Meksika, Kanadada təşkil olunacaq.