Akiro Nisino :”Məğlubiyyət bizim üçün gözlənilməz oldu”


İdman 03 İyl 2018 13:38:00 262 0

Akiro Nisino :”Məğlubiyyət bizim üçün gözlənilməz oldu”

Yaponiya millisinin baş məşqçisi Akira Nisino dünya çempionatının 1/8 final mərhələsində Belçikaya məğlub olmalarından danışıb.

Goal.az xəbər verir ki, baş məşqçi komandasının çox yaxşı oyun göstərdiyini deyib: ”Əla oynadıq. Qələbə qazanmaq istəyirdik. Komandamız güclüdür. Oyun üçün plan hazırlamışdıq. Yaxşı başlamışdıq. Təəssüf ki, matçın sonlarında qol buraxdıq. Etiraf edim ki, məğlubiyyət bizim üçün gözlənilməz oldu. 2:0 irəlidə olduğumuz zaman dəyişiklik etmədim. Oyuna və topa nəzarət edirdik. Lakin Belçika təşəbbüsü ələ aldı və qalib gəldi. Komandamız şokda idi. Futbolçularım nə baş verdiyini anlaya bilmirdilər”, - deyə Akiro Nisino bildirib.