Rusiya - Xorvatiya cütündə favorit yoxdur


İdman 02 İyl 2018 18:24:00 233 0

Rusiya - Xorvatiya cütündə favorit yoxdur

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç Rusiya ilə oyundan danışıb.

Goal.az xəbər verir ki, təcrübəli futbolçu bu qarşılaşmada favoritin olmadığını deyib. Rakitiçin fikrincə, Xorvatiya yarımfinala çıxmaq üçün bütün gücünü ortaya qoyacaq. “Rusiya – İspaniya matçı göstərdi ki, dünya çempionatında hər şey mümkündür. Burada sürprizlər qaçılmazdır. Rusiya ilə oyun möhtəşəm olacaq. Hər iki komanda qələbə uğrunda mübarizə aparacaq. Məncə, bizim yarımfinala adlamaq şansımız daha çoxdur”,-deyə Rakitiç vurğulayıb.