Ronaldonun növbəti dayanacağı İtaliya ola bilər


İdman 01 İyl 2018 13:16:00 239 0

Ronaldonun növbəti dayanacağı İtaliya ola bilər

Real və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo karyerasını Juventus-da davam etdirə bilər. Goal.az xəbər verir ki, bu transfer onun agenti Jorje Mendeşin 11 illik düşmənçilikdən sonra Juventus rəhbərliyi ilə barışması sayəsində mümkün ola bilər. Bu barədə "Tuttosport" və "As" nəşrləri məlumat yayıb.

Mendeş bu həftə müdafiəçi Joao Kanselunun Valencia-dan "qoca senyora"ya keçidini təşkil edib.

İtaliya klubunun əsas transfer hədəfi Lazio-nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdir. Roma klubu onun keçidinə görə 120 mln. avro tələb edir. Juventus serbiyalı futbolçunun transferindən imtina edə və həmin pulları Ronaldonun keçidinə sərf edə bilər.

Real artıq Ronaldonun buraxılış qiymətini 1 milyard avrodan 120 mln. avroya endirmək qərarına gəlib.