Çempionlar Liqasının püşkü atıldı


İdman 29 İyn 2018 19:00:00 262 0

Çempionlar Liqasının püşkü atıldı

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2018/2019 mövsümün püşkü atılıb. Goal.az xəbər verir ki, klublarımızın qatılmadığı turnirdə Azərbaycan millisinin üzvü Yekaterina Jidkova mübarizə aparacaq.

Voleybolçumuzun yeni transfer olunduğu Rumıniya Alba-sı yarışa II təsnifat mərhələsindən başlayacaq. Blaj klubu Çexiya Olomouts-u ilə üz-üzə gələcək. Jidkovanın komandası mərhələ adlayacağı halda, UVC Holding (Avstriya)/Sliedrext (Hollandiya) – Stuttgart (Almaniya) duelinin qalibi ilə qarşılaşacaq.

I və II təsnifat mərhələləri oktyabrda, III təsnifat mərhələsi noyabrda oynanılacaq.