Şeydayev Trabzonspor-dan ayrıldı


İdman 29 İyn 2018 09:54:00 278 0

Şeydayev Trabzonspor-dan ayrıldı

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin Trabzonspor klubunun son məşqinə qatılmayıb.

Goal.az "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu "zoğalı-mavilər"in düşərgəsini tərk edib. Ona transfer danışıqları aparması üçün icazə verilib. Lakin gənc forvardın hansı klubla görüşəcəyi açıqlanmır.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Şeydayevin Avstriya Bundesliqasında çıxış edən Mattersburg-a keçəcəyi xəbərləri yayılıb. Şeydayev ötən mövsümü icarə əsasında Qarabağ-da keçirib.