Juventus La Liqa klubundan müdafiəçi aldı


İdman 28 İyn 2018 10:50:00 235 0

Juventus La Liqa klubundan müdafiəçi aldı

Valencia-nın müdafiəçisi Joau Kanselu karyerasını Juventus-da davam etdirəcək.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı portuqaliyalı futbolçu ilə 2023-cü ilə qədər müqavilə imzalanıb.

Juventus-un mətbuat xidmətinin məlumatına görə, klub oyunçuya görə VValencia-ya 40,4 milyon avro ödəyəcək. Turinlilər bu məbləği növbəti üç ildə bir neçə dəfəyə ödəyəcəklər.

Kanselu ötən mövsümü icarə əsasında İnter-də keçirib. O, 26 oyunda 1 dəfə fərqlənməyi bacarıb və 3 məhsuldar ötürmə edib.