Baltsan - Keşlə matçının başlama saatı açıqlandı


İdman 27 İyn 2018 11:31:00 292 0

Baltsan - Keşlə matçının başlama saatı açıqlandı

Keşlə-nin Avropa Liqasının birinci təsnifat mərhələsində Maltanın Baltsan klubuna qarşı səfərdə keçirəcəyi ilk oyununun başlama saatı müəyyənləşib.

Goal.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç iyulun 12-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki,  görüş Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək.